Ramil Usubov qaynını rəis təyin etdi
28 noyabr, 2016 11:42
Daxili işlər orqanlarında yeni təyinat olub.
1news.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini Səfər Əliyev tutduğu vəzifədən azad edilərək katibliyin rəisi təyin edilib.
Katibliyin rəisi olmuş, polis general-mayoru Nüsrət Şirinov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, N.Şirinov R.Usubovun qaynıdır.
1news.az