Xəbərlər

İlham Əliyev Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
28 noyabr, 2016 10:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonu qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Dövlətimizin başçısı Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif sahələrinədək şaxələndirilməsinin önəmini vurğuladı.

İqtisadiyyatın şaxələndirilməsini ölkəmizin əsas məqsədlərindən biri kimi dəyərləndirən dövlətimizin başçısı xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bunun mühüm əhəmiyyət daşıdığını bildirdi. Prezident İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşlarımızla daha möhkəm əlaqələrin qurulmasının önəmini qeyd etdi.

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson öz növbəsində Prezident İlham Əliyev ilə son görüşünün uğurlu keçdiyini vurğuladı. Azərbaycan ilə əməkdaşlığa toxunan qonaq ölkəmizin müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edərək, London Fond Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirdi. Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfransın keçirilməsini təklif edərək, dövlətimizin başçısının orada iştirakının əhəmiyyətli ola biləcəyini dedi. Dünya şöhrətli memar Zaha Hadidin ölkəmizdə həyata keçirdiyi layihənin uğurlu olduğunu məmnunluqla xatırlayan qonaq gələcəkdə digər layihələrlə bağlı bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.