“ADA” Universiteti və Kaunas Texnologiya Universiteti arasında razılaşma memorandumu imzalanıb.
1news.az-ın məlumatına görə, imzalanma mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard iştirak ediblər.
Yeni başlanılan əməkdaşlığa görə “ADA” Universitetinin İctimai və Beynəlxlaq Münasibətlər fakültəsində Avropa İttifaqı (Aİ) Araşdırmaları üzrə yeni magistr təhsilinin verilməsi məsələsi tədqiq ediləcək. Avropa İttifaqının 350 min avro dəyərində qrantı tərəfindən maliyyələşdirilən bu layihə qarşısına bir sıra məqsədlər qoyulub.
Layihə çərçivəsində bir sıra aparıcı Avropa universitetləri ilə əməkdaşlıq edəcək ADA Universiteti əsas tərəfdaşı olan Kaunas Texnologiya Universitetinin Avropa İttifaqı üzrə təklif etidiyi akademik proqramlar təcrübəsindən yararlanmaq niyyətindədir.
1news.az