Aleksandr Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib
28 noyabr, 2016 21:19
Prezident İlham Əliyev A.Q.Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı