Kubada 90 yaşında vəfat etmiş sabiq prezident və Kommunist inqilabı lideri Fidel Kastronun ölümü ilə əlaqədar 9 günlük matəm elan olunub.
1news.az BBC-yə istinadən xəbər verir ki, ölkədə bayraqlar yarıyadək endirilib. 20-ci əsrə damğasını vuran liderin vəfatıyla əlaqədar 9 günlük matəm elan edilib.
Kuba inqilabının liderinin vəfatından sonra qəzetlər Kastronun həyatı barədə onlarla məqalə çap edib.
Kastronun ölümündən sonra tələbələr Havananın mərkəzinə toplanıb. Bir çoxları üçün Kuba - Kastro, Kastro - Kuba deməkdir.
Tələbələr onun portretinin qarşısına qərənfillər qoyur və şamlar yandırırlar
Kubada yaşlı bir ər-arvad bir-birinin əlindən tutaraq Kastronun həyatını anladan qısa filmi izləyirlər.
Havanada bir bərbər salonunun divarınlardan Kastronun fotolarını asıb.
ABŞ-ın Miami şəhərində yaşayan kubalı müxalifətçilər isə Kiçik Havana meydanına toplanaraq Kastronun ölməsini bayram edirlər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kastronun ölümündən saatlar sonra onu “zalım dictator” adlandırıb.
Mayamidə yaşayan bir kubalı qadın şənlikdə kəfkirlə qazana vuraraq rəqs edir. Burada kubalıların çoxu əlində bayraqlarla küçələrə axışaraq Kastronun ölümünə sevinib.
1news.az