Xəbərlər

Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü” qeyd ediləcək
28 noyabr, 2016 15:24

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlət və xalq olaraq “Şəhid günü”-nü qürur və iftixar günü kimi qeyd edir.

1news.az-a səfirlikdən ətindən verilən xəbərə görə, günahsız şəhidlər Vətənin bayrağını yüksəklərə qaldırmaq, Vətən torpağında sülh və əmin-amanlığın bərqərar olması üçün həyatlarını qurban verərək əlçatmaz məqama yüksəlibşlər.

Dövlət başçısı xəlifə ibn Zəid Əli Nəhyanın  göstərişi ilə 30 noyabr tarixi hər il BƏƏ-də “Şəhid günü” kimi qeyd olunur.

“Şəhid günü” BƏƏ-də  həyatlarını vətən uğurunda qurban vermiş mərd vətən oğullarının şanlı həyat yolunun bir daha xatırlanması, şəhid ailələrinə dəstək, şəhidlərin xatirəsini əbədiləşdirmək kimi mənəvi-əxlaqi hissləri əhatə etməklə yanaşı, həm də vətən övladlarının qəhrəmanlıq səlnamələrini bir daha dilə gətirmək üçün minbər rolunu oynayır.

Bu il noyabr ayında keçiriləcək “Şəhid günü” kompaniyası bir çox  proqram və təşəbbüsləri əhatə edərək aşağıdakı mövzular üzrə keçiriləcək:

- Fəxr və qürur: Öz həyatlarını Vətən uğurunda qurban verən şəhidlərin qəhrəmanlğından doğan  fəxr və qürur hisslərinin vətəndaşların qəlbində  daha da möhkəmləndirilməsi məqsədi daşıyır

- Şəhidlərin xatirəsinin əbədiləşməsi:  Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün  vətən uğrunda canlarını fəda etmiş  qəhrəmanların adidə-xatirə komplekslərinin inşası bu kompaniyada  prioritet məsələ olmaqla yanaşı, həm də bu günü qeyd etmək mədəniyyətini formalaşdıracaq.

- Milli birlik: Cəmiyyətin bütün üzvləri arasında birlik və həmrəylik hisslərinin möhkəmlənməsinə həsr edilən bu kompaniya milli birlik  dəyərlərinin  qəlblərdə daha geniş şəkildə kök salmasına xidmət edəcək .

- Vətən uğurunda həyatını qurban vermək dəyərlərinin möhkəmlənməsi: Bu kompaniya milli gün olaraq dəyərləndirilən “Şəhid günü”-nü qeyd etmək dəyərlərinin möhkəmlənməsi məqsədi daşıyır. Şəhidlər müəyyən bir hadisə ilə və ya şəxslərlə əlaqədar olaraq xatırlanmamalıdr, əksinə onların şanlı həyat yolu həmişəlik könüllərdə məskən salmalıdır.

Bu sənəddə mövcud olan mesaj  BƏƏ-nin xalq və dövlət olaraq Silahlı Qüvvələri,Daxili İşlər Nazirliyi təhlükəsizlik xidməti və mülki müdafiə  sahəsində çalışan mənsubları ilə fəxr etdiyini və bu ölkədə yaşayan və işləyən hər kəsin təhlükəsizliyi naminə həyatını qurban verən şəhidləri ilə qürur duymasını təcəssüm etdirir.

- “Şəhid günü”...Şərəf meydanlarında canlarını Vətən torpağı naminə qurban verən şəhidlərlə fəxr etmə və onların şanlı həyat yolundan qürur duymaq günüdür.

- Vətənə sadiq qalaraq həyatlarını fəda edən  ata-babaların qəhrəmanlıq dolu irsinin BƏƏ-nin  indiki övladları tərəfindən davam etdirilməsinin  nəzərə çatdırılması

-  Bu günü qeyd edən BƏƏ  xalq və dövlət rəhbərliyi arasında böyük birlik dönəmini yaşayır

- Şəhidlər gələcək nəsil üçün əsl örnək məktəbi və Vətəni sevməyin ən gözəl nümunəsidir

- “Şəhid günü”şəhid anasının, atasının və ailəsinin rolunu və onların yüksək mənəvi dəyərlərinin ön plana çıxarılmasının nə qədər önəmli olduğunu bir daha vurğuladı.

- Çətinliklər BƏƏ vətəndaşlarını birliyə, möhkəm olmağa və  hökumət ətrafında sıx birləşməyə çağırır.

- “Şəhid günü” xarici ambisiyalardan ölkəni qoruyan vətən övladlarına son dərəcə xüsusi  diqqət və qayğının göstərilməsini diqqət mərkəzində saxlayır.

- Dövlətin və ümumilikdə xalqın şəhid ailələrinə böyük qayğısı lazımınca işıqlandırılmalıdır.

- Şəhidlərin adidə-xatirə komleksi xalqın qürur yeri olaraq onların xatirəsini əbədiləşdirir

- Şəhidlərin abidə-xatirə kompleksi xalqın tarixinin canlı nümunəsidir. Bu kompleks bir ilhamlandırıcı mayak kimi gələcək nəsillər üçün örnək məktəbidir.

- Şəhidlərin abidə-xatirə kompleksi -  BƏƏ vətəndaşlarının qəlblərini birləşdirməklə onların şərəf və iftixarını ehtiva edərək  rəhbərlik ətrafında sıx birləşməsini ifadə edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.