Rosberq karyerasında ilk “Formula-1” çempionluğunu qazandı
27 noyabr, 2016 19:09
“Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq karyerası ərzində ilk dəfə “Formula-1” çempionu olub.
1news.az APA-ya istinadən xəbr verir ki, N. Rosberq “Formula-1”-in son mərhələsində – Əbu-Dabi Qran-prisində “Mersedes” komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.
Ancaq “Formulı-1”-in son çempionu olan L. Hamilton bu dəfəki “Formula-1”-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempiona tituluna yiyələnə bilməyib.
“Formula-1” mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə “Ferrari” komandasının pilotu Sebastyan Fettel qərarlaşıb.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı