Azərbaycanda bu sahədə işləyənlərin maaşı 20 faizdən çox artıb
27 noyabr, 2016 18:15
Bu ilin 10 ayında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 96,6 min nəfər olub, orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 805,4 manat təşkil edib.
1news.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 10 ayın yekunlarına dair məlumatında bildirilib.
Qeyd edilib ki, ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 26,1 faiz, binaların tikintisində çalışanların əməkhaqqı 14,4 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 1,7 faiz artıb.
1news.az