İraq ordusu Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib.
1news.az Azərtac-a istinadla xəbər verir ki, yaraqlılardan 4-ü beynəlxalq koalisiyanın şəhərin cənubundakı Eş-Şəmsiyyat kəndində terrorçuları daşıyan avtomobilə endirdiyi hava zərbəsi nəticəsində, 6-sı hökumət qüvvələrinin Cilyuhan kəndində apardıqları əməliyyatların gedişində öldürülüb.
Diclənin şərqində həyata keçirilən əməliyyatda isə 9 terrorçu və bomba yüklü bir avtomobil zərərsizləşdirilib.
İraq Müdafiə Nazirliyindəki mənbələrdən agentliyin müxbirinə verilən məlumata görə, ordu hissələri Mosulun şimalında yerləşən əl-Qahirə məhəlləsinin təxminən üçdəbirini, qərb istiqamətində isə 6 kəndi geri alıb.
Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı