Fələstin qanunverici orqanının (parlament) üzvü və HƏMAS-ın siyasi qanadlarından birinin lideri Muşir əl-Məsri qruplaşmanın min ədəd raketə malik olduğu və müharibə başlanacağı təqdirdə onların Tel-Əviv və onun şimal qəsəbələrinə tuşlanacağını bildirib.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu o, HƏMAS-ın Qəzzada keçirilən mitinqində deyib:
“İşğalçıların gələcəkdə HƏMAS-ın hərbiləşdirilmiş qanadı "İzz əd-Din əl-Qəssam" ilə istənilən müharibəsi Tel-Əviv və ondan şimalda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ilə nəticələnəcək”, - deyə o bildirib.
“İşğalçılar bütün qırmızı xətləri keçiblər. Onlardan sonuncusu da Yerusəlim və işğal edilmiş torpaqlarda ibadətə qadağanın qoyulmasına çağırış oldu”, - deyə Əl-Məsri söyləyib.
1news.az