Xəbərlər

Gələn il Bakı Nəqliyyat Agentliyinə 46 mln. manat ayrılacaq
26 noyabr, 2016 17:54

2017-ci ilin dövlət büdcəsinin layihəsində Bakı şəhəri üzrə nəqliyyat sahəsində avtomobil nəqliyyatı ilə sərnişindaşımanın təkmilləşdirilməsi və islahatların keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə ilk dəfə olaraq 46 mln. manat vəsait proqnozlaşdırılıb.

1news.az bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

Bakı Nəqliyyat Agentliyinə nəzərdə tutulmuş 46 mln. manat vəsaitin 2,8 mln. manatı və ya 6,1%-i Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Mərkəzinin saxlanılması ilə bağlı xərclərə, 3,2 mln. manatı və ya 7,0%-i Bakı şəhərində avtonəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərə, 40 mln. manatı və ya 86,9%-i isə nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və nizamlanması, sərnişindaşımada avtomobil nəqliyyatı xidmətinə nəzarətin təşkili, nəqliyyatın hərəkətinin tənzimlənməsi və digər tədbirlərin görülməsi ilə bağlı xərclərə yönəldiləcək.

Eyni zamanda, 2017-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə ayrı-ayrılıqda 250 min manat vəsait proqnozlaşdırılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.