Xəbərlər

Kubada 9 günlük matəm elan olunub
26 noyabr, 2016 16:51

Kubanın hakimiyyət orqanları Fidel Kastronun ölümü ilə bağlı ölkədə doqquzgünlük matəm elan olunması barədə qərar qəbul ediblər.

1news.az Azərtac-a istinadla xəbər verir ki, Kuba inqilabı liderinin dəfn mərasimi dekabrın 4-də Santyaqo-de-Kuba şəhərində keçiriləcək.

Mərhumun qardaşı, Kuba lideri Raul Kastro cəsədin kremasiya olunacağını bildirmişdi.

Xatırladaq ki, Fidel Kastro dünən 90 yaşında vəfat edib.

Ada dövlətin təxminən 50 illik tarixi Fidel Kastro ilə bağlıdır. O, dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Belə ki, 1959-2006-cı illərdə Kuba hökumətinə və dövlətinə rəhbərlik edib. Səhhətinin pisləşməsi ilə əlaqədar 2006-cı il iyulun 31-də vəzifələrini və səlahiyyətlərini qardaşı Raul Kastroya verib.

Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və Fidel Kastro bu göstəriciyə görə “Ginnesin rekordlar kitabı”na düşüb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.