Bakıda iki nəfər dərmandan zəhərlənib
26 noyabr, 2016 16:30
Paytaxtda dərman az qalsın ölümə səbəb olacaqdı.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisələrdən biri Səbail rayonu, M.Müşfiq küçəsi, ev 4B, mənzil 113, digəri Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 89, mənzil 10A ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanlarda yaşayan 1990-cı il təvəllüdlü Aygün Məmmədova və 1985-ci il təvəllüdlü Alidə İsmayılova dərman zəhərlənməsi diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər.
Onların vəziyyəti ağır olduğundan dindirilmələri mümkün olayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az