İlham Əliyev İran Prezidentinə başsağlığı verib
26 noyabr, 2016 14:03
Azərbayca Prezizidenti İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığıməktubu göndərib.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:
“Hörmətli cənab Prezident, Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
1news.az