Azərbaycanın “İslam oyunları” və “Formula-1”ə xərcləyəcəyi məbləğ açıqlanıb
25 noyabr, 2016 19:33
Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəcək vəsaitin məbləği məlum olub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub.
Bildirilib ki, “İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər” kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
1news.az