Cümə günü, noyabrın 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda dövlətin əmanətlərin sığortalanması sistemindən çıxması ilə bağlı yayılmış məlumatları təkzib edən bəyanatla çıxış edib.
Xatırladaq ki, bu məlumat bir sıra saytlarda MBNP-nın rəhbəri Rüfət Aslanlının çıxışına istinadla dərc edilib.
Həmçinin qeyd edilib ki, Aslanlı qeyd edir ki, “mövcud əmanətlərin sığortalanması sisteminin təminatında böyük ədalətə ehtiyac” hiss olunur.
Bununla yanaşı 1news.az-a qurumdan daxil olan press-relizdə qeyd edilir ki, “bu məlumat həqiqəti əks etdirmir”.
“Əmanətlərin sığortalanması sistemi “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunları tənzimlənir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2016-cı il martın 4-dən etibarən ölkə banklarındakı, qanunvericiliklə müəyyən edilmiş faiz dərəcəsi həddində olan fiziki şəxslərin bütün qorunan əmanətləri qarşıdakı 3 il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən yalnız vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, digər bütün hallarda isə normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.
Bankçılıq Forumunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda bank əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinə və təkcə, əmanətçi olan vətəndaşların deyil, sahibkarların və biznesin vəsaitlərinin qorunmasına ehtiyac olduğunu bildirib. O, həmçinin qeyd edib ki, dövlət vəsaitləri hesabına Əmanətlərin Sığortalanması Fondunun əlavə kapitallaşmasına ehtiyac var. Yəni, Palata əmanətlərin sığortalanması sisteminin daha da təkmilləşdirilməsini və vətəndaşlarla yanaşı sahibkarlığın da maraqlarının qorunmasını təklif edir”, – məlumatda qeyd edilir.
1news.az