Suriyada daha 7 Türkiyə hərbçisi yaralanıb
24 noyabr, 2016 23:50
Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan “Fərat Qalxanı” əməliyyatında daha 7 Türkiyə hərbçisi yaralanıb. Təcili yardım maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb.
Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.
Milliyyet