Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı əlaqələrin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
1news.az