2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxalı olunmayıb.
1news.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən xəbərə görə, ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir: "Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edirik ki, süni yumurtanın mövcud olması və satışı ilə bağlı kimdə məlumat, fakt olarsa bu barədə dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə, eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50 nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır".
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir bildirir ki, Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur.
Mövzu ilə əlaqədar oxuyun:
DİQQƏTLİ OLUN – Satışda süni yumurtalar var – VİDEO
Azərbaycana süni yumurta gətirilib – VİDEO
1news.az