1-20 noyabr tarixlərində McDonald’s Azərbaycan şirkəti McDonald’s restoranlarında keçirilən “Əl uzat, Qəlbini aç!” adlı xeyriyyə aksiyasında iştirak edən bütün müştərilərə minnətdarlığını bildirir.
Aksiyanın simvolu olaraq səmimiyyət və mərhəməti ifadə edən “ovuc” stikeri və xüsusi suvenir olan qolbaqlar seçilib. Ənənəvi olaraq, aksiya Azərbaycandakı bütün McDonald's restoranlarında eyni vaxtda keçirilib. 1-20 noyabr tarixlərində McDonald's restoranında “ovuc” stikerini, qolbaq və böyük Frenç Frayzı (yalnız 20 noyabr) alan hər bir ziyarətçi xeyriyyə tədbirinin iştirakçısına çevrilib və beləliklə uşaqlara yardım edib.
Aksiya zamanı toplanmış 10 922 manat vəsait valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün №2-li ümumi orta internat məktəbində xüsusi idman meydançasının tikilməsinə sərf ediləcək.
İnternat evinin direktoru Dilarə Məşədiyeva aksiya ilə bağlı minnətdarlığını bildirib:
“Mən sizə belə gözəl aksiya təşkil etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. “Əl uzat, Qəbini aç!” şüarı sözün əsl mənasında qəlbinizi uşaqlar üçün açdığınızı göstərdi. McDonald’s Azərbaycan şirkətinə və işçi heyətinə xüsusi təşəkkür edirəm. Bildiyim qədər şirkət mütəmadi olaraq bu cür aksiyalar keçirir. Onlara bu cür xeyriyyə tədbirlərini daima uğurla başa çatdırmalarını və yardım aksiyalarının davamlı olmasını arzu edirəm”.
Qeyd edək ki, “Əl uzat, Qəlbini aç!” aksiyası BMT-nin 20 noyabr 1959-cu il tarixində qəbul etdiyi deklarasiyaya uyğun olaraq hər il noyabrın 20-si qeyd olunan Ümumdünya Uşaqlar Gününə təsadüf edib.
Reklam hüququnda