Daha 29 şəxs ölkədən çıxa bilməyəcək – vergi borcuna görə qadağa
22 noyabr, 2016 12:16
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı artıb.
1news.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
1news.az