Xəbərlər

İngilislər dronlardan küçə fənərləri kimi istifadə etməyi təklif ediblər - VİDEO
22 noyabr, 2016 22:18

“Direct Line” sığorta şirkəti pilotsuz uçan aparatlardan (dron) küçələrdə şəxsi işıqlandırma qurğuları kimi istifadə etməyi təklif edir.

1news.az ICTnews-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti gecə vaxtı insanlara özlərini daha təhlükəsiz hiss etmək imkanı yaratmaq üçün “Fleetlights” layihəsini düşünüb.

Şirkət nümayəndələri bildiriblər ki, küçə fənərləri lazımi keyfiyyətlərə malik deyillər və ona görə işıqlandırma sistemi ilə təchiz edilmiş dronlardan istifadə etməyi təklif ediblər.

İstifadəçilər şirkət tərəfindən hazırlanmış xüsusi mobil proqramın köməyi ilə şəxsi dron sifariş edə bilərlər. Çağırışdan sonra sifariş dronların idarəetməsi üzrə yerli mərkəzlərə göndərilir və operator tapşırığın icrası üçün daha müvafiq pilotsuz uçan aparatı təyin edir.

Dronlar tamamilə avtonom uçurlar və təyinat yerinə çatdıqdan sonra lazımi insanı müstəqil taparaq onun arxasınca hərəkət edirlər. İstifadəçi işıqlandırma lazım olmadıqda pilotsuz aparatı stansiyaya geri göndərə bilər. Bundan başqa, operatorlar dronu enerji ilə doldurmaq üçün istənilən vaxt bazaya geri qaytara bilərlər. Bu halda gələn yeni dron istifadəçinin hərəkət yolunu işıqlandırmağa davam edəcək. İstifadə edilən dronlar təxminən 2.5 km-lik idarəetmə diapazonuna malikdir və havada 30 dəqiqədən çox qala bilirlər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.