Sosial məşğulluq məktəbi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının dəstəyi ilə “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi “Sosial məşğulluq məktəbi” layihəsini həyata keçirib.
1news.az xəbər verir ki, layihənin əsas məqsədi qaçqın və məcburi köçkün ailələrinin, şəhid ailələrinin uşaqlarının asudə vaxtının düzgün istifadəsi üçün dərnəklərin, xarici dil və kompüter, şahmat kurslarının, rəsm dərslərinin, qızlar üçün tikiş kurslarının, digər əmək təlimlərinin təşkilində rol oynamaq nəzərdə tutulmuşdu.
Məqsədlərdən biri də əsasən, şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması olub.
192 nəfər qaçqın və məcburi köçkün, şəhid ailələrindən şagirdləri cəlb etməklə, Bakı şəhərinin Binəqədi, Nərmanov, Nəsimi, Yasamal, Xətai, Sabunçu, Suraxanı, Pirallahı, Nizami, Səbail və Xəzər rayonlarında müxtəlif kurslar, dərnəklər keçirilib.
Layihə çərçivəsində həyata keçirilmiş kurslardan sonra layihənin yekun nəticələri haqqında məlumat vermək üçün dəyirmi masa təşkil olunub.
1news.az