Şeyxülislam: Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün yaradır
22 noyabr, 2016 16:12
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada patriarx Kirillə görüşüb.
1news.az Trend-ə istinadən xəbər verir ki, A.Paşazadə Dağlıq Qarabağda sülh səylərinə görə Rus pravoslav kilsəsinə minnətdarlığını bildirib.
QMİ sədri qeyd edib ki, Qarabağdakı vəziyyət hamı üçün - bütün müsəlman və xristianlar üçün yaradır:
“Biz sizin bu münaqişənin dini səviyyəyə keçməməsi üçün səylərinizi yüksək qiymətləndiririk. Siz bu münaqişənin dinc yolla həlli üçün hər cür səy göstərməyə çalışırsınız”.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı