Xəbərlər

Yol polisi qarlı yollarla bağlı sürücülərə xəbərdarlıq edib
22 noyabr, 2016 15:48

Baş Dövlət Yol Polisi İdarəsi havaların şaxtalı keçməsi ilə bağlı sürücülərə müraciət edib.

1news.az xəbər verir ki, bu barədə idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev lent.az-a məlumat verib.

O deyib ki, sürücülər qışa hazırlıq görməlidir və avtomobillərinin texniki sazlığını hərtərəfli yoxlamalıdırlar:

“Xüsusi ilə dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qarlı-çiskinli keçməsi axşamlar yolların səthinin buz bağlaması ilə nəticələnir. Həmin ərazilərdən keçən sürücülər xüsusi ilə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, qış şinləri ilə təmin olunmamış avtomobillərdən həmin ərazilərdə istifadə etməsinlər”.

K.Əliyev bildirib ki, hazırda hava şəraiti ilə bağlı hər hansı yolda narahatlıq yoxdur:

“Şamaxı, İsmayıllı, Kürdəmir, Qusar zonalarında xırda qar yağır. Yollarda qar yoxdur və hərəkət normaldır. Balakən-Zaqatala istiqamətində bir qədər çiskin var. Ümumilikdə isə sürücülər axşam saatlarında yolun yaş hissəsinin buzlaşa biləcəyini nəzərə alaraq buna uyğun sürət həddi seçməlidirlər. Əsasən səhərlər sürücülər körpülərin üzərində problem yaşayırlar. Körpülər daha tez buzlaşdığından və daha gec burada buz əridiyindən sürücülər ehtiyatlı olmalıdırlar. Adətən körpünün üzərində yolun buz bağladığını görən sürücülər əyləci basırlar və bu zaman nəqliyyat vasitəsi idarəedilməz vəziyyətə gəlir. Çalışmaq lazımdır ki, yolun buz bağlamış hissəsində ümumiyyətlə əyləcdən istifadə edilməsin”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.