82 yaşlı qadın evində yanaraq ölüb
22 noyabr, 2016 14:08
Qubada ölümlə nəticələnən yanğın baş verib.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, noyabrın 21-də saat 18 radələrində Quba şəhərində yaşayan 82 yaşlı Gövhər Əliyevanın evində yanğın baş verib.
Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra G.Əliyevanın yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az