Cüdoçumuz Mayamidə keçirilən dünya çempionatında bürünc medal qazanıb
21 noyabr, 2016 10:34
Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.
1news.az-ın məlumatına görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub.
Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteraların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
1news.az