Xəbərlər

Bu gün Ümumdünya Salam Günüdür
21 noyabr, 2016 10:20

21 noyabr Ümumdünya Salam Günüdür.

1news.az xəbər verir ki, əlamətdar gün 1973-cü ildən etibarən hər il keçirilir.

Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyan şəxslərdən belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş etmişdilər.

Bu fikir hər kəs tərəfindən dəstəklənib və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.

Qeyd edək ki, İslam dini də salama böyük əhəmiyyət verib. Salam ərəbcə sülh və əmin-amanlıq deməkdir.

Əs-Səlam Allahın adlarından biridir - sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Əs-Səlamu əleykum" (Allah sizə salamatlıq bəxş etsin!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir.

İslamda salam vermək müstəhəb, salamın cavabını almaq isə vacibdir.

Biri salam verdikdə cavabı ən azı onun salam verdiyi miqdarda qaytarmaq lazımdır. "Səlamun əleykum", yaxud "Əs-Səlamu əleykum" deyə salam verdikdə cavabını ən azı "Əleykum əs-Səlam" (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kimi almaq lazımdır. Daha yaxşı olar ki cavabı "Əleykum əs-Səlam və rəhmətullah" (Allahın salamı və rəhməti sizin də üzərinizə olsun!) yaxud "Əleykum əs-Səlam və rəhmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti sizin də üzərinizə olsun!)

Salamı "Əs-Səlamu əleykum və rəhmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!) kimi versələr yaxşı olar ki, cavabı "Əleykum əs-Səlam və rəhmətullahi və bərakətuhu əbəda" (Allahın salamı, rəhməti və bərəkəti əbədi olaraq sizin də üzərinizə olsun!) kimi verilsin.

Burada bir xüsusu nəzərə almaq lazımdır. Namaz qılan zaman verilən salamın cavabını salamın miqdarında almaq lazımdır və cavab zamanı salam sözü əvvəldə işlədilməlidir. Məsələn, namaz qılana "Səlamun əleykum" deyilsə, cavabı "Səlamun əleykum" kimi almalıdır.

“Sizə salam verildiyi zaman onu gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (Nisa surəsi, 56-cı ayə).

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.