Facebook Londonda mənzil-qərargahını açacaq
21 noyabr, 2016 23:42
Dünyada ən iri sosial şəbəkəsi olan Facebook Londonda öz mənzil-qərargahını açmağa və 500 yeni iş yeri yaratmaqla əməkdaşlarının ştatını 50 faiz artırmaq niyyətindədir, bu barədə şirkətin regional vitse-prezidenti Nikola Mendelson bildirib.
“Yeni qərargahın 2017-ci ildə açılışı nəzərdə tutulub. İşçilərinin ümumi sayı 1,5 min nəfər təşkil edəcəyi gözlənilir. Böyük Britaniya texnoloji şirkətlərin fəaliyyət göstərdiyi ən yaxşı yerlərdən biri olaraq qalır və bu, Facebook tarixinin mühüm hissəsidir”, - deyə N.Mendelson qeyd edib.
Əvvəllər Google şirkəti də Londonda mənzil-qərargahını açmaq planları barədə məlumat vermişdi. Bu təşəbbüs Böyük Britaniyanın paytaxtında 3 min iş yerinin yaranmasına gətirib çıxara bilər.