İlham Əliyev hindistanlı həmkarına başsağlığı verdi
21 noyabr, 2016 17:26
Azərbaycan Prezidenti Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı məktubu ünvanlayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, məktuibda aşağıdakılar qeyd edilib:
“Hörmətli cənab Prezident,
Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
1news.az