Ələt qəsəbəsində yeni Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq.
1news.az xəbər verir ki, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.
1news.az