İraqda 20-dən çox İŞİD terrorçusu məhv edilib
20 noyabr, 2016 14:49
Beynəlxalq anti-terror koalisiyasının aviasiyası İraqın Ənbar əyalətində İŞİD terror qruplaşmasının 20-dən çox yaraqlısını məhv edib.
1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə general Qasim əl-Məhəmmədiyə istinadən “Əl Sumaria” telekanalı məlumat yayıb:
“23 İŞİD yaraqlısı terrorçuların iki qərargahına endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib”, - deyə telekanal Əl-Məhəmmədinin sözlərini sitat gətirib.
1news.az