Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər
18 noyabr, 2016 23:05
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub:
“Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub”, - deyə məlumatda qeyd edilir.
1news.az