Prezidentlər, dünya liderləri tez-tez xarici ölkələrə səfər edirlər. Gəlin onların istifadə etdikləri hava nəqliyyatı ilə tanış olaq:
Barak Obama və “Qiyamətin göyərtəsi”
ABŞ-ın sabiq başçısı Barak Obamanın ixtiyarında hər zaman iki prezident təyyarəsi olub – “Bir nömrəli göyərtə” (Air Force One) və hərbi dəyişiklikli Boeing VC-25. Hər iki təyyarənin qiyməti 325 milyon dollar təşkil edir. Prezidentin göyərtədəki hissəsi çarpayı kimi açılan iki divan, tualet, vanna otağı və şəxsi kabinetdən ibarətdir.
Göyərtədə 100 nəfərin nahara etməsi üçün mətbəxt də var. Bundan əlavə, təyyarədə əməliyyat masası, lazımi tibbi ləvazimatlar və tibb heyəti də var. Salon qonaqlar, məxfi xidmət və KİV nümayəndələri üçün də hissələrə bölünüb. Təyyarə “Qiyamət günü” üçün hazırlanıb. Həmçinin hava layneri yanacaq doldurulmadan ekvatorun 1/3 hissəsini qət edə bilir.
Tramp və gül-çiçəkli təyyarəsi
ABŞ-ın hazırki 45-ci prezidenti Donald Trampın təyyarəsi digər liderlərinkindən olduqca fərqlənir. Belə ki, onun təyyarəsi saray kimi olmaqla yanaşı, həmçinin gül-çiçəklə əhatə olunmuş bağçası da var. Görünür Tramp cah-cəlalı daha çox sevir.
Putinin uçan sarayı
1996-cı ildən Rusiyanın əsas prezident təyyarəsi İl-96-300PU hesab olunur. 2018-ci ilin sonundadək təyyarələrin sayını artırmaq planlaşdırılır. Təyyarənin dəyəri 5 milyard rubldır (təxminən 77 000 000 dollar). Bu təyyarələrdə adi təyyarələrdən bahalı işləmələri, hətta ölkənin nüvə güclərini idarə edən mükəmməl əlaqə aparatları da var.
Devid Kemeronun təyyarəsi
İngiltərənin baş nazirinin Airbus A330 təyyarəsi hətta havada yanacaq doldurma imkanına sahibdir. VIP hissədə iki kreslo, biznes-klass bölümündə isə nümayəndə heyəti üçün 58 oturacaq, jurnalistlər üçün min ekanom yer var. Bu təyyarə yalnız baş nazir üçün deyil, həmçinin kral ailəsi və digər nazirlər üçün də nəzərdə tutulub.
Fransua Olland və başqasının arvadının adının daşıyan təyyarə
Fransa prezidentinin istifadə etdiyi Airbus A330-200 təyyarəsi dövlətə 176 milyon avroya başa gəlib. Göyərtədə istirahət üçün məkan, ofis, mətbəx, 12 nəfərlik səs keçirməyən otaq, mini əməliyyat otağı var.
Bundan əlavə, iki Falcon 7Х təyyarəsi də prezident flotuna məxsusdur. Bu təyyarələr 16 nəfər üçün hesablanıb. Nikolya Sarkozinin prezidentliyi dövründə təyyarələrin biri onun həyat yoldaşı Karla Brunin şərəfinə “yeganə Karla” adını alıb.
Angela Merkelin oyuncaq təyyarəsi
Almaniyanın əsas təyyarəsi Airbus A340 bundan öncə adi sərnişin təyyarəsi olub. Layner yanacaq doldurulmadan 13 500 kilometr məsafəni qət edə bilir.
Daxili uçuşlar üçün kansler və hökumətin digər şəxsləri iki təyyarə istifadə edir. Uzaq məsafələr üçün isə 13 sərniş tutan və eniş etmədən 8 900 kilometr məsafəni qət edə bilən təyyarədən istifadə olunur.
2016-cı ilin iyununda Merkel və Ollandın təyyarələri İngiltərənin Iron Maiden rok qrupuna məxsus Boeing 747-400 təyyarəsinin yanında gülünc görünərək sanki oyuncağa bənzəyən fotoları yayılıb.
S.Xankişiyeva