Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhərində çökən və diametri təxminən 30 metr olan çuxur tez bir zamanda yenidən istifadəyə verilib.
Noyabrın 8-də səhər saat 05:00 radələrində meydana gələn və su sızıntısından qaynaqlandığı ehtimal edilən hadisədə – şosenin ortasında bir anda açılan 7-8 metrlik dəlik qəfil çökərək 30 metr diametrində, 15 metr dərinliyində geniş bir çuxura çevrilib.
Xoşbəxtlikdən kimsənin yaralanmadığı hadisədə kanalizasiya şəbəkəsinə ziyan dəymiş, şəhərdə 800 evə su və təbii qaz verililməsi dayandırılıb.
Bərpa işləri görüldükdən sonra çuxur suya davamlı xüsusi sement vasitəsiylə 48 saatda doldurulub. Bələdiyyə təcili olaraq təmir işlərinə başlayıb.
Noyabrın 9-da axşam işçilər kanalizasiya borularını təmir etməyə başlayıblar, sonra çuxur yerdən 3 metr dərinliyə qədər xüsusi sement qarışığıyla doldurulub.
Yolun artıq əvvəlkindən 30 qat daha möhkəm olduğunu söyləyən Fukuoka bələdiyyə başçısı Soiçiro Takaşima “çoxlu sayda insana narahatlıq verən bu hadisədən ötrü üzr istəyirəm”, deyib.
Bələdiyyə başçısı, Nəqliyyat Nazirliyinin müfəttişlərini gözlədiklərini və sonra müstəqil bir mühəndislik quruluşunun da yolu sınaqdan keçirəcəyini də bildirib.
Mənbə: Japan Times
Hazırladı: Cəmil Abbasov