Mingəçevir su anbarında zəlzələ qeydə alınıb
17 noyabr, 2016 23:21
Mingəçevirdə zəlzələ baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13.53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarında qeydə alınıb.
Maqnitudası 3,2, dərinliyi 23 km olan zəlzələ hiss olunmayıb.
1news.az