17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir.
1news.az-ın verdiyi məlumata əsasən, 28 il qabaq 1988-ci ilin noyabrın 17-də SSRİ-nin Qarabağ məsələsi ilə bağlı mövqeyinə qarşı Bakının Azadlıq meydanında çoxgünlü fasiləsiz mitinq başlayıb.
Sonrakı günlərdə mitinq bu vaxtadək SSRİ-də görünməyən siyasi aksiyaya çevrilib.
Elə həmin ərəfələrdə Azərbaycanın SSRİ-dən çıxması haqda lozunqlar səsləndirilib.
Hər gün meydana yarımmilyonadək insan toplaşırdı. Mitinq hətta 22 noyabr tarixindən sonra Bakıya iri kontingentli sovet ordusunun yürüdülməsi və komendant saatının tətbiq edilməsindən sonra da davam edib. Meydan yalznız 18 gündən sonra – dekabrın 5-i orduların və zirehli texnikanın köməyi ilə nümayişçilərdən təmizlənə bilib.
Azərbaycanda Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpasına gətirən milli-azadlıq hərəkatının başlaması kimi bayram edilir.
1news.az