Çində kişi 3 həmkəndlisini bıçaqla qətlə yetirib, 5-ni isə yaralayıb
17 noyabr, 2016 09:08
Çinin Şensi əyalətinin sakini 3 həmkəndlisini bıçaqla qətlə yetirib, 5-ni isə yaralayıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində üç nəfərin meyitini aşkarlayıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həmkəndlilərinə hücum edən kişi polis tərəfindən yaxalanıb. Cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az