Suriya hökumətinin aviasiya və artilleriya qüvvələrinin Hələbin üsyançıların nəzarət etdiyi şərq hissəsini bombalaması ilə xəstəxana, qan bankı və təcili tibbi yardım maşınları vurulub.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, "Bayan" Uşaq Xəstəxanasının direktoru obyektin zirzəmisində gizlənmək məcburiyyətində qalıb.
Fəallar bildirirlər ki, son iki gün ərzində Hələbdə uşaqlar da daxil olmaqla azı 32 nəfər həlak olub.
Hava zərbələri çərşənbə axşamı, hökumətin müttəfiqi olan Rusiya tərəfindən elan edilmiş üç həftəlik moratoriumun sona çatmasından sonra baş verib.
Fəallar hökumətin hava zərbələri endirməyə yenidən başlanmasını təsdiqləyib. Dövlət kütləvi informasiya vasitələri geniş yerüstü hücumdan əvvəl bir neçə istiqamətdə böyük qoşunların yerləşdirilməsini xəbər verib.
Böyük Brityaniyada mənzillənmiş Suriya Rəsədxanası monitorinq qrupunun məlumatına görə, raketlər reaktiv təyyarələr tərəfindən atılıb, barrel bombaları vertolyotlardan atılıb və artilleriya şərqi Hələbin Shaar, Sukkari, Sakhour və Karam əl-beik kimi ərazilərini məqsədyönlü şəkildə hədəfləyib.
Qrup bildirir ki, beş uşaq və fövqəladə hallar işçisi də daxil olmaqla azı 21 nəfər həlak olub.
1news.az