Suriya lideri deyib ki, o ABŞ-ın seçilmiş prezidenti, Donald Trampın terrorizmlə mübarizədə müttəfiqliyinə ümid edir, lakin hələ də "ehtiyatlılığı saxlayır".
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, Bəşər Əl Əsəd deyib ki, Tramp kampaniyası zamanı terrorizmə qarşı mübarizə ilə bağlı verdiyi vədi tutsa "təbii müttəfiq" ola bilər.
Lakin deyib ki, Trampın "verdiyi vədləri tutacağı şübhəlidir".
Tramp bir müddət əvvəl demişdi ki, Suriya qüvvələrinə qarşı çıxmaq "dəlilikdir" və Suriya ilə döyüşmək Rusiya ilə döyüşə gətirib çıxara bilər.
2011-ci ildə, Suriyada vətəndaş müharibəsi başlayandan bu günə qədər 300 mindən çox insan həlak olub.
Portuqaliyanın RTP, dövlət televiziyasına danışan Əsəd deyib: "Biz onun nə edəcəyi haqqında heç nə deyə bilmərik, lakin əgər.. o, terrorizmlə mübarizəyə başlarsa, əlbəttə biz bu məsələdə Rusiya, İran və digər ölkələrlə təbii müttəfiq olacayıq."
Əsəd deyib ki, Trampın İŞİD döyüşçülərinə qarşı mübarizəyə fokuslaşan vədi "söz verilmişdi" və əlavə edib: "O bunu edəcək?"
"Administrasiya daxilində olan əks fikirli qüvvələr, ona qarşı olan əsas media haqqında nə demək olar? O, onlarla necə danışacaq? Buna görə də bu bizim üçün hələ də şübhəlidir.. Buna görə də biz onu mühakimə etməkdə ehtiyatlıyıq."
ABŞ-ın hazırki siyasəti prezident Əsədə qarşı olan qiyamçıları dəstəkməklə İŞİD döyüşçülərinə və digər cihadçılara qarşı mübarizə aparmaqdan ibarətdir.
Əsəd həmin qrupları terrorçu adlandırır.
Bazar ertəsi respublikaçı Con Makkeyn Trampın Rusiya ilə əlaqələrini yeniləməsi cəhdini tənqid edərək deyib ki, bu "Suriya xalqının qırğını" bahasına ola bilər.
Müsahibəsində Əsəd ABŞ-ın hazırki siyasətini mühakimə edərək deyib: "Onlar düşünürlər ki, onlar dünyanın polisidir. Onlar düşünür ki, onlar dünyanın hakimidir. Lakin bu, belə deyil."
O həm də Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan-ı "xəstə adam" və "şöhrət düşkünü" adlandırıb.
1news.az