İndoneziyanın mərkəzində güclü zəlzələ baş verib
16 noyabr, 2016 22:23
İndoneziyanın Yava adası yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Kençenq şəhərindən 132 km cənubda, ocağı isə 70 km dərinlikdə yerləşib.
Zəlzələ məşhur beynəlxalq kurort olan Bali adasında da hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
RİA Novosti