Prezident İlham Əliyev Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Həsənli Sabir Hüseyn oğlu
Əliyev Füzuli Həbib oğlu
Yuşvayev Simax Barux oğlu
Şneor Seqal Yosef oğlu
Nesterov Aleksandr Gennadiyeviç”.
1news.az