Dövlət Gömrük Komitəsinin sədri Saatlıda vətəndaşlarla görüşəcək
14 noyabr, 2016 12:13
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev noyabrın 18-də Saatlı şəhərindəki Gənclər Mərkəzində (Heydər Əliyev meydanı) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, saat 11:00-da başlayacaq qəbul zamanı bölgədə yerləşən rayonların - Saatlı, Şirvan, Sabirabad, İmişli, Beyləqan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 17-si saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: ((021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
1news.az