Prezident İlham Əliyev Trans-Anadolu təbii qaz sisteminə dair Anlaşma Memorandumunu təsdiq edib
14 noyabr, 2016 23:18
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edib.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytından məlumat veriblər.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin”.
1news.az