Xəbərlər

Bu gün Ümumdünya Diabet Günüdür
14 noyabr, 2016 10:09

Bu gün Ümumdünya Diabet Günüdür.

1news.az xəbər verir ki, Diabet Günü 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü tətqiqatçı alım, Nobel mükafatına layiq görülmüş Frederik Bantinqin 14 noyabr doğum günü - Diabet Günü kimi qeyd edilir.

2006-cı ildən isə bu günü Birləşmiş Millətlər Təşkilatı(BMT) əlamətdar gün kimi qeyd etməyi üzv dövlətlərə tövsiyə edib.

Hər il bütün dünyada qeyd edilən Diabet Gününün mahiyyəti qlobal problem olan şəkərli diabet xəstəliyi ilə mübarizənin yollarını müzakirə etmək, görülən işlər haqqında ictimaiyyətə hesabat vermək, xəstəliyə qarşı maarifləndirmək işləri aparmaqdır.

Hər il Diabet Günü müxtəlif şüarlar altında qeyd edilir. 2016-cı ildən başlayaraq Diabet Günü-Diabetin fəsadlarına həsr edilib. Bu il “Diabet zamanı gözlər” adı altında diabetin ən ağır fəsadlarından biri olan retinopatiyalara həsr edilib.

Dünyada hal hazırda 415 milyona yaxın şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması ehtimal edilir.

Azərbaycanda 2016-cı il üçün son hesablamalarına əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. 2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb.

Dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstədir. 75% ŞD xəstə olan böyük insanlar aşağı və orta gəlirli ölkələrdə yaşayır, qlobal səhiyyə xərclərinin 12% şəkərli diabet xəstəliyinə xərclənir, qlobal səhiyyə xərclərinin 673 milyard ABŞ dolları ŞD-in ağırlaşmalarına xərclənir (onun 12% yaşlı insanlara xərclənib)

ŞD zamanı ağırlaşmaların vaxtında araşdırılması üçün aparılan skrininqlər xəstəliyin gedişatını yaxşılaşdırır. Diabetin göz, ürək qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infark miokard, insult, böyrək hemodializi, ayaq amputasiyası erkən əllilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qandamar xəstəliyindən və insultdan 2–3 dəfə, korluqdan — 10 dəfə, nefropatiyadan—12-15 dəfə, və s. ölüm halı müşahidə edilə bilər. Şəkərli Diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və erkən müdaxilə korluğun qarşısını ala bilər. ŞD zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətdən asılı olaraq ildə iki dəfə müayinə olunmalıdır.

Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.