ATV telekanalı KİV-də yayılan “Səni axtarıram” verilişinin saxtakarlıqla bağlı kadrarxası görüntülərinə aydınlıq gətirib.
“ATV telekanalı hər zaman ictimai və dövlət maraqlarının hər şeydən üstün olması siyasətini yürüdüb. Və bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcək”, - ATV-nin rəsmi saytındakı bəyanatda qeyd edilir.
Bəyanada həmçinin qeyd edilir ki, “Səni axtarıram” verilişi ilə bağlı qalmaqalın telekanala aiddiyyatı yoxdur.
“2015-ci ilin aprelindən bu verilişin fəaliyyəti dayandırlıb. Verilişin heyəti qalmaqalla buranı tərk edib”.
Xatırladaq ki, daha əvvəl ATV telekanalında, hazırda isə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi ətrafında qalmaqal böyüməkdədir.
Müxalifətçi Meydan TV Xoşqədəm Hidayətqızının aparıcı və müəllifi olduğu verilişi saxtakarlıqda ittiham edib.
Materialda bir neçə epizoddan istifadə edilir ki, aparıcı burada yaşlı kişi ilə bağlı tamaşaçıları aldadaraq guya o, “vətəndən kənarda iflic olmuş ayaqlarla yaşayır”.
Telekanalın bəyanatdında qeyd edilir ki, bu hadisə ATV-nin imicinə xələl gətirmək üçün növbəti qərəzli kampaniyadır:
“Verilişin fəaliyyəti ilə əlaqədar telekanala əskik hesabatlarla bağlı dəfələrlə müraciət gəlib. Bununla bağlı telekanal rəhbərliyi verilişin aparıcısı və heyətinə dəfələrlə xəbərlarlıq edib. Yaradıcılıq prosesində çatışmazlıqlar, eləcə də saxtakarlıqla bağlı bir neçə fakt müəyyənləşdirildikdən sonra verilişin dayandırılması ilə bağlı qərar qəbul edilib. Bundan sonra bütün heyət telekanaldan kənarlaşdırlıb”.
Həmçinin qeyd edilir ki, Xoşqədəm Hidayətqızının ATV-nin ünvanına böhtan xarakterli açıqlamalardan sonra telekanal verilin bağlanması ilə bağlı bir sıra materialları müvafiq qurumlara təqdim edib.
“Bunlar arasında hazırda KİV-də yayımlanan video materiallar da var” – bəyanatda qeyd edilir.
Ümuni olaraq bəyanatda qeyd edilir ki, ATV telekanalı tamaşaçıları aldatmaqla məşğul olan verilişin yayımlanmasında maraqlı deyil. Və verilişin ən reytinqli dövründə yayımı dayandırılıb:
“ATV telekanalı istənilən təxribatlara baxmayaraq bundan sonra da öz dəyərlərinə söykənmək niyyətindədir”.
Qeyd edək ki, müəllif hüquqlarının pozulması ilə bağlı həmin video Youtube kanalıdan götürülüb, lakin ona Meydan tv-dən baxmaq olar.
Mövzu ilə əlaqədar oxuyun:
Xoşqədəmin “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal böyüyür
MTRŞ sədri: “Yayılan kadrarxası görüntülərə mən hələ 2014-cü ildə baxmışam”
1news.az