Xəbərlər

MTRŞ sədri: “Yayılan kadrarxası görüntülərə mən hələ 2014-cü ildə baxmışam”
14 noyabr, 2016 16:26

““Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam”.

1news.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatlar daxil olub:

“Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim.

Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı, hər hansı problem olacaqsa, buna qarşı ciddi tədbirlər görüləcək. O zaman şou xarakterli verilişlərə qarşı ciddi tədbirlər görülürdü. Biz işimizi hüquqi müstəvidə görürük. Bu gün yayılan görüntülər efirə getməyib. Lakin biz hələ o vaxt buna qarşı laqeyd qalmadıq, bunu bir informasiya kimi qəbul etdik”.

N. Məhərrəmli qeyd edib ki, MTRŞ sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinədir:

“Biz çox istərdik ki, televiziya kanalları sosial problemli insanlar üzərində ciddi proqramlar hazırlayıb, onlara kömək göstərsinlər. Bəzən biz onlara qarşı iradlarımızı bildirəndə telekanallar çoxsaylı insanların müraciətini əsas gətirir. Təbi ki, biz də o kateqoriyadan olan insanların probleminin həll olunmasını çox istəyirik. Amma telekanallar sosial problemli insanlar üzərində şou yox, ciddi xarakterli verilişlər hazırlasalar daha doğru olar”.

“Hazırda Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı bizə hər hansı neqativ məlumat daxil olmayıb”, – deyə MTRŞ sədri qeyd edib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.