Xəbərlər

Azərbaycanlı tələbələr beynəlxalq müsabiqədə iştirak ediblər - FOTO
14 noyabr, 2016 15:36

İspaniyanın Tenerife şəhərində “Stars at Tenerife” III Beynəlxalq musiqi müsabiqəsi keçirilib.

1news.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə 10 ölkənin təmsilçisi iştirak edib.

Azərbaycanı bu müsabiqədə fortepiano ifaçıları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov ilə təmsil ediblər.

Müsabiqənin münsiflər heyəti 9 nəfərdən ibarət dünya şöhrətli musiqiçidən ibarət olub.

19-22 yaş qrupu üzrə keçirilən müsabiqədə 8 iştirakçı arasında solo nominasiyası üzrə Cavid Əzizov II yerə, 23 və daha artıq yaş qrupu üzrə keçirilən müsabiqədə isə 9 iştirakçı arasında solo nominasiyası üzrə Vüsal Aydəmirov II yerə layiq görülüb.

Müsabiqənin festival konsertində Azərbaycanın hər iki təmsilçisi Listin “Ballada” və “Raprodiya”sı, eləcə də Azərbaycan bəstəkarları F.Bədəlbəylinin “Dəniz”, T.Quliyevin “Qaytağı” musiqisini səsləndiriblər.

Qeyd edək ki, BMA tələbələri münsiflər heyətinin üzvləri tərəfindən növbəti mötəbər müsabiqələrə dəvət alıblar. Belə ki, təmsilçilərimizin dekabr ayında Türkiyənin Bursa şəhərində keçiriləcək “Nilufər” adlı müsabiqədə, 2017-ci ilin yanvar ayında Gürcüstanın Tiflis şəhərində baş tutacaq II Beynəlxalq “Motsart” müsabiqəsində və aprel ayında Almaniyada təşkil ediləcək beynəlxalq müsabiqədə iştirak etmələri planlaşdırılır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.