Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani ilə görüşüb.
1news.az-a BANM-dan verilən xəbərə görə, rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirdi.
Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açan rektor Elmar Qasımov BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışaraq Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs etdi. Elmar Qasımov BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən də söz açdı.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani səmimi qəbula görə təşəkkür etdi. Səfir BANM ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirdi.
Səfir BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət etdi.
Görüşdə, o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etdi.
1news.az