Xəbərlər

Azərbaycanda qeyri-adi qala: kimsə onun içərisinə daxil ola bilmir
13 noyabr, 2016 19:43

Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkib. Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə - istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar.

1news.az sputnik.az-a istinadən xəbər verir ki, bunlardan biri də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndinin şimal-qərb hissəsində yerləşən Pəri qalasıdır.

Tarixçi Məhəmməd Hacıəhmədovun sözlərinə görə, qala haqqında çoxlu rəvayətlər söylənilir. Belə rəvayətlərdən birində deyilir ki, Pəri qalası IV-V əsrlərə aid bir qaladır - Sasanilər dövründə inşa olunub.

Respublikamızın ərazisində, yüksək yerlərdə qalalar çoxdur. Pəri qalasının orijinallığı, özünəməxsus cəhəti ondan ibarətdir ki, digər qalalardan fərqli olaraq, onu oyub dağın içərisinə tikiblər. Digər qalalar memarlar tərəfindən tikilib, amma Pəri qalası dağın içində oyulub.

Qalanın içində üç otaq yerləşir. Qala nə qədər möhtəşəm olsa da, oraya aparan yol-cığır elə vəziyyətdədir ki, qalanın içərisinə girmək qeyri-mümkündür:

“Vaxtilə gənclər bu qalanın içinə girməyi bacarmışdılar. Bu qalaya girdiklərini bildirmək üçün nişanə olaraq qaladan bayraq və ağ paltar asırdılar. Qalanın içində pilləkən var idi, amma sonradan o pilləkən uçub dağılıb”, - deyir M.Hacıəhmədov.

Onun sözlərinə görə, bəzi tarixçilər qalanın XII-XIII əsrlərdə, Əmir Teymur dönəmində inşa olunduğunu qeyd edirlər:

“Elə Çardaxlar kəndinin adı da bu qalanın adı ilə bağlıdır. “Çartak” - yəni “qaya üzərində od məbədi” deməkdir. Digər bir rəvayətə görə isə bu qalada Pəri adlı qız yadelli işğalçılardan qaçıb gizlənib. Sonra da yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb. Ondan sonra bu qalanın adını Pəri qalası deyiblər”.

“Bəzi məlumatlara görə, bu qalaya qamış borularla su və ya süd arxı çəkiblər. Hətta bu hekayə Nizami Gəncəvinin “Fərhad və Şirin” poemasının motivlərini xatırladır. Hələ Sovet dövründə, 1980-ci illərdə Pəri qalasının altında Nizami Gəncəvinin yubileyi qeyd olunmuşdu. Amma bu məlumatın dəqiq olub-olmaması şübhə altındadır. Çünki hələ də bu qala tarixçilər tərəfindən yaxşı tədqiq olunmayıb. Deyilənlərə görə, bu qalanın altında bir qəbir də olub, amma sonradan həmin qəbir sökülüb. Hətta qalanın içərisində qızıl da olduğu söylənilir”, - tarixçi bildirir.

Qeyd edək ki, Azərbaycanın şimal-qərb bölgəsi turistlərin daha çox axın etdiyi məkandır. Belə bir abidə turizmə xüsusi önəm verən hansısa başqa bir ölkədə olsaydı, daha çox turist cəlb edərdilər. Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Onları sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur!

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.